ABŞ-nin Kaliforniya ştatında Tuolumne çayı boyunca evsizlər tərəfindən qazılmış mağaraları bir daha aşkar edən səlahiyyətlilər həll yolu axtarırlar.
525.az xəbər verir ki, Modesto polisi Tuolumne Çay Fondu və 9-2-99 Əməliyyatı adlı könüllü çay təmizləmə təşkilatı mağaralardan və ətraf çay sahillərindən təxminən 3 tondan çox zibil təmizləyib.
Yerli hakimiyyət orqanları evsizlərin bir ildən artıqdır ərazidə mağaralar qazdığını bildirib. Modesto polisi mağara sakinlərinə köçməli olduqlarını bildirmək üçün Evsizlərlə əlaqə və Cavab Qrupunun üzvləri, park mühafizəçiləri və digər yerli agentliklərlə işləyib. Köçürülən evsizlərə köməklik göstərildiyi vurğulanıb.
Qeyd edək ki, şəhərin mağaralarla bağlı əsas narahatlığı mağaraların güclü yağış zamanı çökməsi və insanlara ciddi zərər verməsidir.

Məhəmməd Tağıyev
çap et