Böyük Britaniya Rusiya ilə genişmiqyaslı münaqişə və Üçüncü Dünya Müharibəsinin başlaması riski səbəbindən Ukrayna üzərində uçuşa qadağa zonası tətbiq etmək ideyasını nəzərdən keçirməkdən imtina edib.
525.az xəbər verir ki, bu barədə krallığın keçmiş baş naziri Boris Conson "The Telegraph"a bildirib.
Conson bu bəyanatı yanvarın 29-da nümayişi planlaşdırılan “Putin Qərbə qarşı” sənədli filmində verib. Onun sözlərinə görə, Ukrayna üzərində uçuşa qadağa zonasının tətbiqi ideyası Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolleslə müzakirə olunub.
"Uollas açıq şəkildə bildirdi ki, bu,npilotlarımıza Rusiya təyyarələrini vurmaq əmri vermək deməkdir", - deyə siyasətçi deyib. O vurğulayıb ki, Britaniya və digər Qərb ölkələri Ukrayna rəhbərliyinin təklifini nəzərdən keçirməkdən imtina ediblər, çünki bu, Rusiya ilə genişmiqyaslı müharibəyə gətirib çıxaracaq.
Havar Səfiyeva
çap et