525.Az

Mali, Burkina Faso və Niger ECOWAS-ı tərk edir


 

Mali, Burkina Faso və Niger ECOWAS-ı <b style="color:red">tərk edir</b>

Mali, Burkina Faso və Niger Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxmaq qərarına gəlib.

525.az xarici mediaya istinadən xəbər verir ki, üç ölkənin hazırladığı birgə bəyanata görə, Mali, Burkina Faso və Niger 15 üzvlü ECOWAS-dan ən qısa zamanda çıxacaq.

Bəyannamədə "xarici güclərin təsiri altında olmaq" və "prinsiplərinə xəyanət etmək"də günahlandırılan ECOWAS-ın bu 3 ölkəyə "təhlükə" yaratdığı bildirilib.

Açıqlamada ECOWAS-ın bu 3 ölkəyə terrorla mübarizədə kömək etmədiyi bildirilib və sözügedən ölkələrin bu mövzuda addım atmaq istədikləri zaman “ağıla sığmayan” və “qanunsuz” hərəkətlərə məruz qaldıqları vurğulanıb.

Malik Atilay

 





30.01.2024    çap et  çap et