Yaponiyanın qərbindəki İşikava əyalətində və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 236-ya yüksəlib.
525.az xarici mediaya istinadən xəbər verir ki, İşikava əyalətinin qubernatorluğundan verilən açıqlamada yanvarın ilk həftəsində baş verən çoxsaylı zəlzələlərdə ölənlərin sayının 236-ya yüksəldiyi bildirilib.
Açıqlamada zəlzələdə 43 min 380 binanın zərər gördüyü, 14 mindən çox insanın 490 müxtəlif təxliyyə məntəqəsində qaldığı, 3 min 500 evdə elektrik, 43 mindən çox evdə isə su kəsintisinin davam etdiyi bildirilib.
Bundan əlavə, bölgə üzrə zəlzələlərdə yaralanan 1178 nəfərin müalicəsinin davam etdiyi vurğulanıb.
Qeyd edək ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yanvarın 1-dən 5-dək Noto yarımadasında və İşikava sahillərində 5-7 bal gücündə çoxlu zəlzələ baş verib.
Malik Atilay
çap et