525.Az

Britaniya Makronun Putinlə təmaslarından narazıdır


 

Britaniya Makronun Putinlə təmaslarından <b style="color:red">narazıdır</b>

Britaniya hakimiyyəti Rusiya-Ukrayna müharibənin başlamasından sonra Fransa Prezidenti Emmanuel Makronla Rusiya Prezidenti Vladimir Putinin təmaslarından narazıdır.

525.az "The  Telegraph"a istinadən xəbər verir ki, bunu Krallığın keçmiş baş naziri Liz Truss deyib.

Truss bu barədə yanvarın 29-da nümayişi gerçəkləşən “Putin Qərbə qarşı” sənədli filmində bildirib. O, Makronun Putinlə təmaslarının Britaniya hakimiyyətinin yaratdığı məyusluqdan danışıb.

Qeyd edək ki, Makron daha əvvəl Putini Normandiya desantının 80-ci ildönümünə dəvət etmək istədiyini etiraf edib. Onun fikrincə, bu, Ukraynadakı münaqişənin həlli üçün danışıqlara başlanacağı təqdirdə mümkündür.

Havar Şəfiyeva

 





30.01.2024    çap et  çap et