Pakistanın keçmiş baş naziri İmran Xan dövlət sirrini yaymaqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.
525.az xəbər verir ki, "Reuters" bu barədə siyasətçinin partiyasına istinadən məlumat yayıb.
Nəşr Xanın vəkilindən sitat gətirir: "Biz bu qanunsuz hökmü qəbul etmirik".
Qeyd edək ki, keçmiş baş nazirlə yanaşı, ölkənin keçmiş xarici işlər naziri Şah Mehmud Qureşi də 10 il həbs cəzası alıb. O, həmçinin dövlət sirrini yaymaqda ittiham olunub.
Havar Şəfiyeva
çap et