525.Az

“Məktəbli könüllü” proqramına 780 nəfər müraciət edib


 

“Məktəbli könüllü” proqramına 780 nəfər müraciət edib<b style="color:red"></b>

"Bir könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilən “Məktəbli könüllü” proqramı ölkədə ilk dəfə 8, 9, 10 və 11-ci sinif şagirdlərinin sistemli şəkildə könüllü fəaliyyətə cəlb olunmasını həyata keçirir.

525.az-a Elm və Təhsil Nazirliyindən bildirilib ki, proqramın məqsədi şagirdlər arasında sosial inkişafı təmin etmək, komanda işini formalaşdırmaq, əməkdaşlıq, liderlik, analitik düşüncə kimi keyfiyyətləri gücləndirməkdir. Proqram, həmçinin məktəbdaxili nizam-intizam qaydalarına riayət edən, akademik göstəriciləri yüksək olan, aktiv sosial fəaliyyəti və vətənpərvərlik keyfiyyətləri ilə seçilən gənc nəsil formalaşdırmaqdır.

Proqrama bu günədək 780 müraciət daxil olub. Onlardan 482 nəfəri Bakı və Sumqayıtda, 298-i isə digər bölgələrdə təhsil alır. Müsahibə mərhələsinə 460 nəfər dəvət olunub, onlardan 213-ü proqrama üzv seçilib. Layihə ilkin mərhələdə Bakı, Xırdalan və Sumqayıt məktəblərini əhatə edir.

Qeyd edək ki, proqrama üzv olmaq istəyən şagirdlər fevralın 29-dək qeydiyyat formasını tamamlamalıdırlar. Proqramın tərəfdaşı olmaq istəyən ümumi təhsil müəssisələri isə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət ünvanlaya bilər.

 





30.01.2024    çap et  çap et