525.Az

Liberiyada fövqəladə vəziyyət elan edildi


 

Liberiyada fövqəladə vəziyyət <b style="color:red">elan edildi</b>

Liberiyada yeni prezident Cozef Boakai ölkəsində gənclər arasında narkotik istifadəsi geniş yayıldığı üçün “milli sağlamlıqla bağlı fövqəladə vəziyyət” elan edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən həftə Liberiyada vəzifəsinin icrasına başlayan prezident Boakai ölkə parlamentində xalqa ilk müraciətini edib.

Boakai ölkədə geniş yayılmış narkotik istifadəsinin narahatlıq doğurduğunu bildirərək, bunun ölkənin gəncliyini və gələcək nəslini məhv etdiyini bildirib.

Qeyd edək ki, Liberiyada narkotik istifadəsi bir çox gənclər arasında geniş yayılıb və onların həyatını məhv edir. Təxminən 5,2 milyon əhalisi olan ölkədə prezident seçkilərinin birinci turu 20 namizədin iştirakı ilə 2023-cü il oktyabrın 10-da keçirilib. 2023-cü il noyabrın 14-də Liberiyada keçirilən seçkinin ikinci turunda qalib gələn Boakai yanvarın 22-də and içib.

Malik Atilay

 





30.01.2024    çap et  çap et