525.Az

Fransada taksi sürücüləri etiraz ediblər


 

Fransada taksi sürücüləri <b style="color:red">etiraz ediblər</b>

Fransanın müxtəlif şəhərlərində taksi sürücüləri fevralın 1-dən etibarən tətbiq olunacaq sosial təminat qanununun “tibbi məqsədlərlə daşınma” maddəsinə etiraz olaraq hərəkətə keçiblər.

525.az xarici mediaya istinadən xəbər verir ki, bu ay ölkədə rəsmi qəzetdə dərc olunan və fevralın 1-dən etibarən qüvvəyə minəcək qanunun maddəsində xəstələrin tibbi daşınması üçün taksi sürücülərinin nəqliyyat vasitələrini paylaşması, əks halda isə onların sosial təminatlarının kəsiləcəyi nəzərdə tutulub.

Taksi sürücüləri Bordo, Marsel, Nitsa və Lion şəhərlərində və Parisin də daxil olduğu İle-de-Frans bölgəsinin müxtəlif yerlərində nəqliyyatda sığorta ayırmaları ilə bağlı maddəyə etiraz olaraq aksiya keçiriblər.

Bordoda 500-800, Marseldə isə 800-dən çox taksi dairəvi yolda və hava limanlarına gedən əsas yollarda uzun növbələr yaradaraq qanunun müvafiq maddəsinə etiraz edib.

Qeyd edək ki, hökumət bu proqramla nəqliyyat xərclərini və karbon təsirini azaltmağı hədəfləyir.

Malik Atilay

 





30.01.2024    çap et  çap et