3 Amerika əsgərinin öldüyü hücumdan sonra hərbi variantları dəyərləndirən ABŞ rəhbərliyi, İranla müharibə istəmədiklərini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik mətbuat brifinqində ABŞ bazasına hücumdan sonra Vaşinqtonda baş verənləri çatdırıb.
Kirbi, prezident Co Baydenin sözügedən hücuma "uyğun cavab" verməkdə qərarlı olduğunu, lakin İranla müharibə aparmadıqlarını vurğulayıb.
Bölgədə gərginliyi artırmağı hədəfləmədiklərini qeyd edən Kirbi həftə sonu baş verən hadisənin gərginliyi artıran bir hücum olduğunu və cavab verməli olduqlarını bildirib.
Kirbi hücuma necə cavab verəcəkləri, yer və zamanla bağlı bütün təfərrüatların öz ixtiyarlarında olduğunu, baş verəndə hər kəsin bunu görəcəyini bildirib.
Malik Atilay
çap et