525.Az

Qərb Ukraynada məğlubiyyətlə barışa bilmir - Fin sahibkar


 

Qərb Ukraynada məğlubiyyətlə barışa bilmir - <b style="color:red">Fin sahibkar</b>

Qərb Ukraynada məğlubiyyətlə barışa bilmir və münaqişəni gərginləşdirməyə çalışacaq.

525.az xəbər verir ki, bu barədə alman əsilli fin sahibkar Kim Dotkom özünün "X" səhifəsində yazıb.

“Biz indi ABŞ-nin proxy müharibəsinin yeni mərhələsinə qədəm qoyuruq. Ukrayna döyüş meydanında məğlub olub və Qərb bunu qəbul edə bilmir. İndi kuklalar Rusiya sənayesinə hücum edəcək, Rusiyanı qəbuledilməz sülh şərtlərini qəbul etməyə məcbur edəcəklər”, -  deyə biznesmen qeyd edib.

Qeyd edək ki, Dotkom bundan əvvəl bildirmişdi ki, bir sıra Qərb ölkələrinin Rusiya ilə müharibəyə hazırlaşmaq çağırışları ABŞ prezident seçkiləri ərəfəsində Ukraynanın müharibədə məğlub olmasının qarşısını almaq məqsədi daşıyır. o vurğulayıb ki, Qərb liderləri başa düşürlər ki, Rusiya qoşunları tezliklə hücuma keçəcək, Ukrayna isə çətin vəziyyətdədir.

Havar Şəfiyeva

 





30.01.2024    çap et  çap et