525.Az

ABŞ-nin silah satışı 238 milyard dollara çatıb


 

ABŞ-nin silah satışı 238 milyard dollara çatıb<b style="color:red"></b>

Rusiya və Ukrayna arasında davam edən müharibə səbəbiylə regional silah tələbinin artması ilə ABŞ-nin silah satışı keçən il əhəmiyyətli dərəcədə artaraq 238 milyard dollara çatıb.

525.az xəbər verir ki, 2023-cü ildə ABŞ-nin xarici ölkələrə silah satışı diqqətəlayiq səviyyəyə çatıb. Xarici İşlər Nazirliyinin oktyabr ayında başa çatan maliyyə ili üçün hökumətə hazırladığı hesabatda, ABŞ hökumətinin keçən il 2022-ci ilə nisbətən 56 faiz artımla 81 milyard dollarlıq satış üçün birbaşa danışıqlar apardığı bildirilib.

Amerika müdafiə şirkətlərinin xarici ölkələrə birbaşa satışları da daxil olmaqla, keçən il ümumi satış məbləği isə 238 milyard dollar olaraq qeyd edilib.

Qeyd edək ki, müdafiə potensialını genişləndirməyə çalışan Ukraynanın qonşusu Polşa ABŞ-dən ən çox silah alan ölkələrdən biri olub.

Məhəmməd Tağıyev

 





30.01.2024    çap et  çap et