İngiltərə Bankı (BoE) HSBC-ni əmanətlərin qorunması, identifikasiyası və bildirişindəki uğursuzluqlara görə 57,4 milyon funt sterlinq məbləğində cərimələyib.
525.az xəbər verir ki, BoE-dən verilən açıqlamaya görə, HSBC Bank və HSBC UK Bankın uzun illər əmanətçilərin mühafizəsi qaydalarında tələbləri lazımınca yerinə yetirmədiyi müəyyən edilib. HSBC Bank 2015-2022-ci illərdə, HSBC UK Bank isə 2018-2021-ci illərdə bu tələbləri yerinə yetirə bilməyib.
Beləliklə, HSBC əmanətlərin qorunması, identifikasiyası və bildirişi ilə bağlı uğursuzluqlara görə 57,4 milyon funt sterlinq məbləğində cərimələnib.
Qeyd edək ki, cərimə BoE daxilində Prudensial Tənzimləmə Təşkilatı (PRA) tərəfindən indiyə qədər tətbiq edilən ikinci ən yüksək cərimə olub.
Məhəmməd Tağıyev
çap et