525.Az

Şimali Koreya Sarı dənizə raketlər atdı


 

Şimali Koreya Sarı dənizə raketlər atdı<b style="color:red"></b>

Şimali Koreya dünən Sarı dəniz istiqamətində strateji qanadlı raketlər atdığını açıqlayıb.

525.az xəbər verir ki, "Hwasal-2" qanadlı raketinin buraxılış cəhdinin ölkənin qonşularının sərhəd təhlükəsizliyinə mənfi təsir göstərmədiyi bildirilib.

Şimali Koreyanın əvvəlki açıqlamalarında "Hwasal-2" nüvə qanadlı raketlərinin ABŞ-nin Yaponiyadakı bazalarını əhatə edən 2 min kilometr mənzilə sahib olduğu bildirilmişdi.

Qeyd edək ki, Koreya Respublikası Baş Qərargahından verilən açıqlamada Şimali Koreyanın dünən yerli vaxtla saat 07:00-da Sarı dənizə doğru qanadlı raketlər atdığı bildirilib.

Məhəmməd Tağıyev

 





31.01.2024    çap et  çap et