525.Az

İran 28 ölkə üçün vizanı birtərəfli qaydada ləğv etdi


 

İran 28 ölkə üçün vizanı birtərəfli qaydada <b style="color:red">ləğv etdi</b>

İran turizmi canlandırmaq üçün fevralın 4-dən etibarən 28 ölkə ilə vizanı birtərəfli qaydada ləğv etdiyini açıqlayıb.

525.az xəbər verir ki, xarici işlər nazirinin müavini Əli Rıza Bigdeli verdiyi açıqlamada bəzi ölkələrin vətəndaşlarının İrana turist səfərləri üçün birtərəfli vizadan azad edilməsi ilə bağlı göstərişin müvafiq qurumlara çatdırıldığını bildirib.

Bigdeli viza azadlığının Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Özbəkistan, Tunis, Tanzaniya, Yaponiya, İndoneziya, Sinqapur, Braziliya, Serbiya, Bosniya və Herseqovina, Belarus və digər ölkələr də daxil olmaqla 28 ölkəyə tətbiq ediləcəyini söyləyib.

Məhəmməd Tağıyev

 





31.01.2024    çap et  çap et