Kənd təsərrüfatı sektorunda artan problemlərə diqqət çəkmək üçün fermerlərin təşəbbüsü ilə keçirilən traktor nümayişləri Avropanın bir çox ölkəsinə yayılıb.
525.az xəbər verir ki, xüsusilə Almaniya, Fransa, İspaniya, Belçika, Niderland, Polşa, İtaliya və Macarıstanda fermerlər traktorları ilə Avropa İttifaqının (Aİ) kənd təsərrüfatı siyasətlərinə etiraz ediblər.
Fermerlər, xüsusilə iqlim dəyişikliyi ilə mübarizədə siyasət və qaydaların baha başa gəldiyini bildirərək etirazlarını artırırlar.
Qeyd edək ki, bu etirazların ən güclü və ən geniş yayılmışı ilk dəfə 2019-cu ildə Niderlandda baş vermiş və burada 2000-dən çox traktor müxtəlif bölgələrdə nəqliyyatın hərəkətini dayandırmışdı.
Məhəmməd Tağıyev
çap et