525.Az

F-16 dənizə düşdü: 1 ildə 3-cü qəza


 

F-16 dənizə düşdü: <b style="color:red">1 ildə 3-cü qəza</b>

ABŞ-ə məxsus F-16 qırıcı təyyarəsi Cənubi Koreyanın qərb sahillərində Sarı dənizə düşüb, özünü havaya atmağı bacaran pilot qəzadan sağ çıxıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, son qəza ABŞ-nin Cənubi Koreyada bir il ərzində üçüncü F-16 qəzası kimi qeydə alınıb.

ABŞ Hərbi Hava Qüvvələrindən verilən açıqlamada Koreya Respublikasının paytaxtı Seuldan təxminən 180 kilometr cənubda Kunsan Hava Bazasında yerləşən 8-ci Hava Bölməsinə aid F-16 döyüş təyyarəsi Sarı dəniz üzərində fövqəladə vəziyyətlə qarşılaşıb.

Özünü təyyarədən atmağı bacaran pilotun Cənubi Koreya və ABŞ-nin birgə işi ilə saat 09:30 radələrində xilas edildiyi, səhhətinin yaxşı olduğu bildirilib. 

Qeyd edək ki, qəzanın səbəblərini müəyyən etmək üçün ətraflı araşdırmalara başlanılıb.

Malik Atilay

 





31.01.2024    çap et  çap et