525.Az

İranda silahlı hücum: 2 polis ölüb, 4-ü yaralanıb


 

İranda silahlı hücum: <b style="color:red">2 polis ölüb, 4-ü yaralanıb</b>

İranın Fars əyalətində naməlum silahlı şəxslərin təhlükəsizlik qüvvələrinə qarşı açdığı atəş nəticəsində 2 polis əməkdaşı ölüb, 4-ü yaralanıb.

525.az İranın rəsmi agentliyi İRNA-ya istinadən xəbər verir ki, Fars vilayətinin Neyriz rayonunda avtomobilin içərisində olan silahlı şəxslər şübhəli avtomobili saxlamaq istəyən təhlükəsizlik qüvvələrinə atəş açıb.

Hücum nəticəsində 2 polis əməkdaşı ölüb, 4-ü yaralanıb.

Qeyd edək ki, narkotik alverçiləri olduğu deyilən silahlılar hadisə yerindən qaça biliblər.

Malik Atilay

 





31.01.2024    çap et  çap et