Malayziya sultanı İbrahim İskəndər 5 il müddətinə ölkənin yeni kralı olaraq and içib.
525.az xarici mediaya istinadən xəbər verir ki, milli sarayda digər kral ailələri, baş nazir Ənvər İbrahim və kabinet üzvlərinin qatıldığı mərasimdə Sultan İbrahim and içərək rəsmi sənədi imzalayıb.
65 yaşlı Sultan İbrahimin tacqoyma mərasimi daha sonra keçiriləcək.
Qeyd edək ki, Cohor sultanı vəzifəsini icra edən Sultan İbrahim daşınmaz əmlakdan telekommunikasiyaya qədər bir çox sahədə qurduğu bizneslərlə ölkənin ən zəngin adamlarından biri kimi tanınır.
Malik Atilay
çap et