İsveçrə Almaniyaya vəd edilən 25 "Leopard 2 A4" tankının ilk 9-nu göndərib.
525.az xəbər verir ki, bu barədə İsveçrə federal hökumətinin rəsmi saytında məlumat verilib.
Nazirlər Kabineti tankların partiyasının Ukraynaya göndərilməsinin nəzərdə tutulmadığını qeyd edib. Zirehli maşınlar artıq istehsalçısı olan Almaniyanın Rheinmetall konserninə verilib.
Xatırladaq ki, 2023-cü ilin iyununda İsveçrə Federal Məclisinin Milli Şurası səs çoxluğu ilə 25 "Leopard 2 A4" tankının Almaniyaya satışına icazə verib.
Havar Şəfiyeva
çap et