525.Az

Polşa Almaniyadan kompensasiya tələb edir


 

Polşa Almaniyadan kompensasiya <b style="color:red">tələb edir</b>

Almaniya İkinci Dünya Müharibəsi zamanı Varşavanın itkilərini kompensasiya etmək haqqında düşünməlidir.

525.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski alman həmkarı Annalena Barboka müraciət edib.

“Qaldırmaq istədiyim mövzulardan biri də Berlində Polşa qurbanlarının və müharibə itkilərinin xatirəsinin anım yeri kimi yaradılacaq Polşa-Alman Evinin layihəsidir. Mən həmçinin xanım nazirdən və Almaniya hökumətindən bu müharibə itkiləri üçün kompensasiya formasını necə tapmaq barədə yaradıcı düşünmələrini xahiş edəcəyəm”, - deyə o bildirib.

Qeyd edək ki, Polşa Xarici İşlər Nazirliyinin rəis müavini Anjey Şeyna daha əvvəl bildirmişdi ki, Almaniyanın İkinci Dünya Müharibəsi zamanı Polşaya vurduğu ziyana görə kompensasiya ödəməsi mövzusu Polşa-Almaniya münasibətlərinin ikitərəfli gündəliyində qalır.

Havar Şəfiyeva

 





31.01.2024    çap et  çap et