ABŞ-də 6 yanvar 2021-ci ildə Konqres basqını zamanı polisə hücum edən şəxs 78 ay həbs cəzasına məhkum edilib.
525.az xəbər verir ki, məhkəmə Konqresə basqın zamanı polisə hücum edən Ralf Kelentanoya 78 ay həbs cəzası verilməsinə qərar verib.
Hakim Timoti Kelli ifadəsində Kelentanonun yanvarın 6-da etdiyi hərəkətlərin rüsvayçı olduğunu bildirib.
Qeyd edək ki, məhkəmə sənədlərində yanvarın 6-da digər iğtişaşçılarla polis sərhədlərini keçən Kelentanonun konqres binasında vəzifəsini yerinə yetirən polisə hücum etdiyi yazılıb.

Məhəmməd Tağıyev
çap et