525.Az

Bu il Bakıda baş verən yol qəzalarında 187 nəfər ölüb


 

Bu il Bakıda baş verən yol qəzalarında 187 nəfər ölüb<b style="color:red"></b>

Bu il Azərbaycanda baş verən yol qəzalarında  63 uşaq ölüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, cari ilin ilk  8 ayında paytaxt  ərazisində 612  yol qəzası baş verib. Nəticədə  187 nəfər ölüb,  662 nəfər yaralanıb.
 
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəza hadisələrinin sayı 35, 34 ölüm sayı ,  yaralı sayı isə 5 fakt azalıb.
 
Respublika ərazisində hesabat dövründə baş verən yol qəzalarında  63 uşaq ölüb, 145-i  isə yaralanıb.
 
V. Əsədov cari ilin ilk 8 ayında paytaxt ərazisində 490.131 inzibati protokol tərtib edildiyini bildirib. Tərtib edilən protokolların 101.934-ü nizamlanmayan piyada keçidindən istifadə edən şəxslərinin , 6189 - sərxoş sürücülərin, 7355 işıqforun qırmızı işığında keçən , 255-i avtoxuliqanlıq edən sürücülərin payına düşür.

 





11.09.2014    çap et  çap et