525.Az

Birbaşa danışıqların alternativi yoxdur - SORĞU


 

​​​​​​​“Atlas” Araşdırmalar Mərkəzinin keçirdiyi sorğudan bu nəticə çıxıb

Birbaşa danışıqların alternativi yoxdur - <b style="color:red"> SORĞU</b>

“Atlas” Araşdırmalar Mərkəzi millət vəkilləri, siyasi ekspertlər və xarici siyasət, o cümlədən, təhlükəsizlik mövzularında ixtisaslaşan jurnalistlər arasında sorğu keçirib.

525.az xəbər verir ki, sorğuda 100 respondent iştirak edib.

Soğrunun birinci sualı Rusiya-Ukrayna müharibəsinə aid olub. “Rusiya-Ukrayna müharibəsi necə bitəcək” sualına soğruya qatılanların 45.3%-iRusiya Krım və Şərqi Ukraynanı nəzarətində saxlayacaq”, 40.1%-i “Rusiya ilə Ukrayna arasında atəşkəs sazişi imzalanacaq”, 10.6%-iUkrayna ərazi bütövlüyünü təmin edəcək” cavabını veriblər. “Nə Rusiya, nə də Ukrayna məqsədinə çatacaq”, “Ukraynanın mövcudluğu sual altındadır”, “hər iki tərəf ciddi güzəştlərə gedəcək”, “müharibə uzun müddət bitməcəyəcək, ancaq döyüşlər səngiyəcək” kimi cavablar ümumilikdə sorğuya qatılanların 4%-i təşkil edib.

Sorğunun “Yaxın Şərqdə gərginliyin azalması üçün birinci hansı addım atılmalıdır” sualına sorğuya qatılanların 59%-iİsrail Fələstinin müstəqilliyini tanımalıdır”, 28.5%-iFələstindəki silahlı qruplar tərksilah olunmalıdırlar”, 10.5%-i isə “İsrailə təhlükəsizlik təminatı verilməlidir” cavabını veriblər. “ABŞ bölgədən çəkilməlidir”, “heç bir tərəf münaqişənin bitməsini istəmir” kimi cavabların hər biri 2% civarında olub.

Sorğunun “Qafqaz evi” ideyasının reallaşması üçün nə edilməlidir? sualına verilən cavablar bu şəkildə bölünüb: “Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalıdır” – 70.7%, “Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələr qurulmalıdır” – 17.9%,Azərbaycanla Ermənistan arasında kommunikasiya xətləri açılmalıdır– 10.3%. Cavablar arasında “bu mümkün olmayacaq”, “Ermənistan cəmiyyəti dəyişməlidir” yanaşmalarının hər biri 1.1% təşkil edib.

Sorğunun növbəti sualı belə olub: “Azərbaycanla Ermənistan arasında danışıqlar hansı formatda davam etməlidir?”

  1. Birbaşa danışıqlara üstünlük verilməlidir – 91.6 %
  2. Danışıqlar Gürcüstanda aparılmalıdır – 3.2 %
  3. Danışıqlar Vaşinqtonda aparılmalıdır – 3.2 %
  4. Danışıqlar Moskvada aparılmalıdır – 1 %
  5. Danışıqlar aparılmamalıdır – 1 %
  6. Danışıqlar Brüsseldə aparılmalıdır – 0 %

Sorğunun sonuncu “Azərbaycanla Ermənistan arasında sülh sazişi nə zaman imzalanacaq” sualına  “Sülh sazişi bu il imzalanmayacaq” deyənlər 41.1%, “Sülh sazişi bu ilin sonuna qədər imzalanacaq” deyənlər 37.9%, “Sülh sazişi bu ilin yarısına qədər imzalanacaq” deyənlər isə 15.5% təşkil edib. Toplam 5% təşkil edən cavablar arasında bunlar olub: “Ermənistan buna hazır olanda”, “bu tərəflərin danışğından asılıdır”, “bölgədəki proseslərdən asılıdır”, “zaman demək çətindir” və s.

 





01.02.2024    çap et  çap et