ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən açıqlamada husilərin Qırmızı dənizə gəmi əleyhinə raket atdığı və sözügedən raketin ABŞ tərəfindən vurulduğu bildirilib.
525.az xəbər verir ki, açıqlamada: " Husilər Qırmızı dənizə doğru gəmi əleyhinə qanadlı raket atıb. Raket "USS Gravely" (DDG 107) tərəfindən vurulub. Xəsarət alan və dağıntı olmayıb", - deyə bildirilib.
Qeyd edək ki, husilərin hücumlarından sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.
Məhəmməd Tağıyev
çap et