Fransada həftələrdir davam edən fermerlərin etirazları oxşar səbəblərdən İspaniyaya da yayılıb.
525.az xəbər verir ki, ispaniyalı fermerlər Fransadakı həmkarları kimi, Aİ-yə daxil olmayan ölkələrdən gələn rəqabət və qiymət artımlarının Aİ-ni kənd təsərrüfatı siyasətini dəyişməyə məcbur etdiyini əsas gətirərək küçələrə çıxmağa qərar verib.
Ölkənin cənubundakı Badajoz şəhərində kiçik qruplar halında etirazlara başlayan fermerlər, sabah Huelva və Sevilya şəhərlərində də nümayişlər keçirəcəklərini açıqlayıb.
Qeyd edək ki, İspaniya hökuməti ölkədəki etirazların Fransadakı qədər artmasının qarşısını almağa çalışır.
Məhəmməd Tağıyev
çap et