525.Az

Londonda kimyəvi maddə ilə hücum - 9 yaralı


 

Londonda kimyəvi maddə ilə hücum - <b style="color:red">9 yaralı</b>

İngiltərənin paytaxtı Londonun cənubuna "korroziv maddə" atılması nəticəsində 2-si uşaq olmaqla 9 nəfər yaralanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, polisin verdiyi açıqlamada, Claphamda "korroziyaya uğrayan maddə" istifadə edilərək həyata keçirilən hücumda 2-si uşaq olmaqla 9 nəfərin yaralandığı bildirilib.

Açıqlamada 4 böyük, 1 qadın, 2 uşaq və 3 polis əməkdaşının xəstəxanaya yerləşdirildiyi qeyd edilib. Polis əməkdaşlarının yüngül xəsarət aldığı bildirilib.

Dedektif Alexander Castle ifadəsində polisin təcavüzkarı tutmaq üçün bütün imkanlardan istifadə etdiyini ifadə edərək: "Bu dəhşətli hadisəyə nəyin səbəb olduğunu müəyyən etmək üçün işlərimiz davam edir", - deyib.

Castle, hadisədə "korroziv maddə" istifadə edildiyinə inandıqlarını, lakin maddənin aşkarlanması üçün testlərin davam etdiyini vurğulayıb.

London Şəhər Şurasının üzvü Marina Əhməd özünün "X" sosial media hesabında yazıb ki, bir nəfər yol-nəqliyyat hadisəsi törədən avtomobildə olan insanlara “kislota” atıb.

Malik Atilay

 





01.02.2024    çap et  çap et