525.Az

Husilər Qırmızı dənizdə ABŞ-nin ticarət gəmisini vurdu


 

Husilər Qırmızı dənizdə ABŞ-nin ticarət gəmisini vurdu<b style="color:red"></b>

Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə İsrail limanlarına doğru hərəkət edən ABŞ-nin ticarət gəmisini vurduqlarını açıqlayıblar.

525.az xarici mediaya istinadən xəbər verir ki, Husilərin Hərbi Sözçüsü Yəhya Seri "X" sosial media platformasında verdiyi açıqlamada İsrailə doğru gedən ABŞ ticarət gəmisini raketlərlə hədəf aldıqlarını bildirib.

ABŞ və İngiltərənin hücumlarına cavab verməkdən çəkinməyəcəklərini vurğulayan Seri, Qırmızı dənizdən keçən ABŞ və İngiltərə gəmilərinin onlar üçün qanuni hədəf olduğunu təkrarlayıb.

Malik Atilay

 





01.02.2024    çap et  çap et