525.Az

Borrell Qəzzada baş verənləri "vicdan yarası" adlandırdı


 

Borrell Qəzzada baş verənləri <b style="color:red">"vicdan yarası" adlandırdı</b>

Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Qəzzada baş verənləri "vicdan yarası" adlandırıb.

525.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

Diplomat Qəzzadakı vəziyyəti ümumi vicdanın yarası adlandırıb və BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin işini qeyd edib. 

Qeyd edək ki, bundan əvvəl Borrel İsraillə HƏMAS arasındakı münaqişənin həlli üçün plan hazırlandığını bildirib. Bu təşəbbüs Fələstində dövlətin yaradılmasını əhatə edir. Münaqişənin həlli prosesinə ərəb ölkələri, ABŞ və BMT-nin də cəlb edilməsi planlaşdırılır.

Havar Şəfiyeva

 





01.02.2024    çap et  çap et