Bayden administrasiyası ilə ABŞ-nin Texas ştatı arasında İql-Pas şəhəri yaxınlığındakı sərhəddə quraşdırılmış kəsici naqillərlə bağlı hakimiyyət böhranı davam edərkən, ölkəyə qeyri-qanuni mühacir axını dayanmır.
525.az xəbər verir ki, sərhəd patrulları Meksika ilə ABŞ arasında sərhədi təşkil edən Rio Qrande çayının kənd ərazisini keçməyə çalışan, əksəriyyəti qadın və uşaq olan 20 qeyri-qanuni immiqrant qrupuna müdaxilə edib.
Sərhəd patrulları qeyri-qanuni mühacirləri tutaraq Del Rio Bulvarı vasitəsilə avtobusa mindirib və sonrakı proseslər üçün həbsxanalara aparıb.
Məhəmməd Tağıyev
çap et