525.Az

ABŞ-də hava limanında anqar uçub: 3 ölü


 

ABŞ-də hava limanında anqar uçub: <b style="color:red">3 ölü</b>

ABŞ-nin Aydaho ştatında hava limanında tikilməkdə olan anqarın uçması nəticəsində 3 nəfər ölüb, 5-i ağır olmaqla 9 nəfər isə yaralanıb.

525.az xəbər verir ki, ABŞ-nin Boyse şəhər rəhbərliyindən verilən yazılı açıqlamada şəhərdəki hava limanında özəl bir şirkət tərəfindən tikintisi davam edən anqarın çökdüyü barədə axşam saatlarında məlumat daxil olduğu bildirilib.

Açıqlamada hadisə nəticəsində 3 nəfərin öldüyü, 9 nəfərin yaralandığı, yaralananlardan 5-nin vəziyyətinin ağır olduğu vurğulanıb.

Qeyd edək ki, səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.

Məhəmməd Tağıyev

 





01.02.2024    çap et  çap et