525.Az

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu


 

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu<b style="color:red"></b>

(əvvəli ötən sayımızda)

Naxçıvan Azərbaycanın qədim tarixə malik regionlarından biridir. Buradakı qədim tarixi abidələr, maddi-mədəniyyət nümunələri  Naxçıvanın təkcə Azərbaycanın deyil, ümumən dünyanın  ən qədim insan məskənlərindən biri olduğunu sübut edir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev Naxçıvanı Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyar kimi səciyyələndirib. Tarixi tədqiqatlar da hələ eramızdan əvvəl Naxçıvan ərazisində ulu əcdadlarımızın yaşayıb-yaratdığını təsdiqləyir. Naxçıvan  tarixi-mədəni abidələri ilə yanaşı həm tarixi şəxsiyyətləri ilə məşhurdur. Bu da onu göstərir ki, Naxçıvan həm maddi-mədəni, həm mənəvi baxımdan Azərbaycanın zəngin bölgəsidir. Silsilə yazılarımızda sözügedən regionun məşhur maddi-mədəni abidələri tarixi şəxsiyyətləri haqqında ayrılıqda bəhs edəcəyik. Naxçıvan Muxtar Respublikasının rəsmi saytına əsaslansaq, burada 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bu abidələrin 58-i dünya, 455-i ölkə, 649-u isə yerli əhəmiyyətlidir. Bunlardan 663-ü arxeoloji, 285-i memarlıq, 31-i monumental sənət, 36- tarixi, 7-si təbiət abidələri, 140-ı ziyarətgahlardır. 

İmamzadə kompleksi Naxçıvan şəhərinin cənub-şərq hissəsində yerləşən mühüm memarlıq abidələrindəndir. XVI-XVIII əsrlərdə formalaşıb. 3 binadan ibarətdir. Kompleksin özəyini planda kvadrat şəkilli, xarici görünüşünü isə kubik formalı qülləvarı türbələrdən gələn dairəvi gövdənin qovuşduğu kompozisiya-türbə təşkil edir. Türbənin içərisində əhali tərəfindən ziyarət edilən bir qəbir var. Qəbirin üstü sənduqə formasında düzəldilib, sementlə suvanıb, üstünə qara örtük salınıb. Qəbirin üzərində epitafiya- məzar kitabəsi olmadığı üçün onun mənsubiyyəti, kimə aid olması haqqında dəqiq fikir söyləmək mümkün deyil.  Türbənin şimal-qərb tərəfində nəsx xətti ilə ərəb dilində yazılmış kitabə olub. Kitabədə tarix qeyd olunmasa da orada vurğulanan "Əbu Müzəffər şah Təhmasib Bahadur xanın hakimiyyəti zamanında" sözlərinə əsasən türbənin inşa tarixini müəyyənləşdirmək mümkündür. Əbu Müzəffər şah Təhmasib Bahadır xan Səfəvi hökmdarı şah Sultan Hüseynin oğludur. Tarixdə II şah Təhmasib adı ilə tanınan bu adam 1722-1732-ci illərdə hakimiyyətdə olub. Deməli, türbə XVIII əsrin 20-ci illərində inşa etdirilib. Türbənin yaxınlığında Naxçıvan şəhərinin antik orta əsrlərdə mövcud olmuş ikinci qala divarının qalığı aşkar edilib, sənətkarlıq nümunələri tapılıb. Türbəyə bitişən, nisbətən böyük həcmə malik qərbdən giriş qapısı olan bina kompleksin mərkəz hissəsini təşkil edir. Kompleksdən azca aralı şimal tərəfdə başqa bir türbə var. Bişmiş kərpicdən inşa edilən bu türbə aşağıdan kvadratşəkilli götürülərək yuxarıda çoxbucaqlı şəkildə inşa olunmuş, üstü günbəzlə örtülüb. Kompleksə daxil olan başqa tikililərlə müqayisədə bu türbə yaxşı vəziyyətdə qalıb. Ancaq onun içərisində heç bir qəbir xatirə kitabəsi qalmadığından təyinatı aydınlaşdırılmayıb. İmamzadə kompleksinə daxil olan binalar bir-biri ilə uyarlıqda olub, bitkin memarlıq ansamblı yaradıb. Kompleksin ətrafında orta əsrlərə aid qəbiristanlıq olub. Zaman keçdikcə buradakı qəbirlərin bir hissəsi dağılıb, bir hissəsi isə indiyədək qalmaqdadır. Orada torpağın altından aşkar edilmiş XVI əsrə aid məzar kitabələri tədqiq edilib. Burada bişmiş kərpicdən hörülmüş tağvari sərdabələrə təsadüf olunub. Zaman keçdikcə nekropolun yeri dəyişmiş abidənin yaxınlığındakı təpəyə keçib. Orta əsrlərdə ərazidə fəaliyyət göstərən bəzi sufi təriqətlərinin üzvləri kompleksdən bir müddət özlərinin yaşayış, ibadət zikr yeri - xanəgah kimi istifadə edib. Ümumiyyətlə, bu cür komplekslərin səciyyəvi xüsusiyyəti əvvəllər mövcud olmuş dəfn tikililərinin təmir, bərpa yenidənqurma yolu ilə abadlaşdırılmasından bərpa olunmuş məqbərəyə bitişik məscid, təkyə digər xidmət otaqları tikilməsi yolu ilə dini kompleksin yaranmasından ibarətdir. Ərazimizdə XVII-XVIII əsrlərdə fəaliyyət göstərən sufi təriqətləri mənsubları mövcud imamzadələrdən yaşayış, ibadət zikr yeri kimi istifadə etdiklərindən həmin dövrlərdə bölgədə xanəgahlar inşa edilməyib. Memarlıq kompleksi 2004- ildə əsaslı şəkildə təmir olunaraq yenidən bərpa edilib.

Ordubad rayonunun eyniadlı kəndində yerləşən Dırnıs məscidi Memarlıq-konstruktiv quruluşuna görə XVII əsrə aid edilir. Kənddə həcminə görə ən iri məscid olduğundan el arasında "Böyük məscid" adlanır. Came məscididir. Girişi qərbdəndir. Qadınlar üçün giriş şərq tərəfdəndir. Məscidin dirəklərindən birinin sütun başlığı üzərində qara rənglə yazılan kitabədən aydın olur ki, məscid hicri 1339-cu ildə (1920-1921) təmir olunub, təmir işlərini Ordubadlı usta Həsən həyata keçirib. 1999-cu ildə əhalinin vəsaiti ilə yenidən təmir olunub, bu zaman məscidin qərbdən giriş qapısının qarşısında balkon düzəldilib minarə hörülüb.

Qeysəriyyə Ordubad şəhərində XVII əsrə aid tarixi memarlıq abidəsidir. Şəhərin mərkəzində yerləşir. Ümumi sahəsi 540 kvadratmetrdir. Abidə 10x10 m olan mərkəzi səkkizbucaqlı zaldan onun üzərini qapayan dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən (eni 3,4 m) ibarətdir. Abidə bişmiş kərpicdən inşa olunub, divarının qalınlığı 80 sm-dir. Abidənin mərkəzi, günbəzi daxil olmaqla, ümumi hündürlüyü 8,5 m-dir. Qeysəriyyə sözunun mənası keçmiş zamanlarda "şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı" deməkdir. Belə tikililərə dünyanın 3 yerində rast gəlmək olar: Səmərqənd, Təbriz Ordubad şəhərində. Hazırda ən görkəmlisi abadı Ordubaddakıdır. Sonrakı dövrlərdə bu abidədən "Zorxana" kimi istifadə edilib. Belə ki, zalının döşəməsi nisbətən binanın döşəməsindən aşağı olduğu üçün döşək əvəzinə dağlardan yığılmış gəvən kollarını buraya doldurub üstünə narın torpaq tökərmişlər. İrandan, Türkiyədən, Həmədandan başqa yerlərdən gələn pəhləvanlar burada öz güclərini sınayarmışlar. Kim qalib gəlirdisə, hücrələrdə əyləşən xandan mükafat kimi bir kisə qızıl alırmış. XIX əsrin ortalarına yaxın Ordubadda yaradılmış "Əncüməni-şüəra" ədəbi məclisinin üzvləri Hacıağa Fəqir Ordubadi, Məhəmməd Tağı Sidqi, Qüdsi Vənəndi, Aşıq Abbas Dəhri, Usta Zeynal Nəqqaş, Hacı Əhməd Bikəs başqaları bu binaya yığışıb öz yazdıqları əsərləri oxuyaraq kimin güclü yazdığını bəyan edərmişlər. Qeysəriyyə binası çar Rusiyasının hakimiyyəti dövründə  feldşer Qasımın pinəçi İbrahimin babaları dayıları tərəfindən qızıl pulla alınaraq ipək sarıyan sexə çevrilib. Sovet hakimiyyəti dövründə binanın bir tərəfi mağaza anbar, digər tərəfi isə aşxana kimi istifadə edilib. XX əsrin axırlarında, 1978-ci ildə ordubadlı memar Zakir Haşım oğlu Babayev tərəfindən abidə yenidən bərpa edilib. Qeysəriyyə binası 1981-ci ildən Ordubad rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir.

Orta əsrlərə aid Ordubad Cümə məscidi Ordubad şəhərinin mərkəzi meydanında ən hündür yerdə ucaldılıb. Məscid möhtəşəmliyi ilə diqqəti cəlb edir. Məscidin memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşımaqdadır. Cümə məscidinin şərq qapısı üzərindəki daş lövhədə I Şah Abbasın nəsx xətti ilə farsca beş sətirlik fərmanı həkk edilib. 1604- ilə aid olan bu fərmanda deyilir: "...Ordubad qəsəbəsinin bütün əhalisinin ...Şah Abbas Bahadur xanın xanədanına nisbət bəslədikləri məhəbbət fədakarlığın həqiqəti aşkar edildiyindən zatən şiə olduqları üçün Azərbaycan vilayəti düşmənlərin əlinə keçdiyi zaman onlara cürbəcür zülm sitəm rəva görüldüyünə, bir çoxları öldürülüb əsir alındıqlarına görə, bu camaatın ümumiyyətlə fədakarlığı, xüsusilə yüksək Nəsiriyyə - Tusiyyə silsiləsinin fədakarlığı müqabilində Şahın müzayiqəsiz mərhəmətinin bir qisməti onlara bəxş edildi..."

Məscidin plan quruluşu, bəzi elementləri bədii tərtibatı onun ilkin əsasının daha qədim olduğunu göstərir. XVII əsrdə isə məscidin əsaslı şəkildə bərpa edildiyi güman olunur. Bəzi mənbələrə görə, 1901-1902-ci illərdə məsciddə təmir işləri aparılarkən tapılmış bir kərpicdəki yazıdan onun hicri 111-ci (miladi 729-cu il) ildə əsasının qoyulduğu aydın olur.

(ardı var)

S.ABDULLAYEVA

 





11.09.2014    çap et  çap et