525.Az

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 238 nəfərə çatıb


 

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı <b style="color:red">238 nəfərə çatıb</b>

Yaponiyanın qərbindəki İşikava əyalətində və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 238-ə yüksəlib.

525.az xəbər verir ki, İşikava əyalətinin qubernatorluğundan verilən açıqlamada yanvarın ilk həftəsində baş verən çoxsaylı zəlzələlərdə ölənlərin sayının 238-ə yüksəldiyi bildirilib.

Açıqlamada təxminən 15 min insanın hələ də təxliyyə məntəqələrində qaldığı, xəbər alınmayan 19 nəfərin axtarışlarının davam etdiyi paylaşılıb.

Məhəmməd Tağıyev

 





01.02.2024    çap et  çap et