525.Az

FHN intihara cəhd edən şəxsi xilas edib


 

FHN intihara cəhd edən şəxsi xilas edib<b style="color:red"></b>

Bakıda intihara cəhd edən şəxs xilas edilib.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər intihar etmək məqsədi ilə beşmərtəbəli binanın damına çıxıb.
 
Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Aparılmış psixoloji söhbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və binanın damından enib.

 





11.09.2014    çap et  çap et