Fransada ibtidai və orta məktəb müəllimləri iş şəraitinin yaxşılaşdırılması və maaşların artırılması tələbi ilə bu gün tətilə çıxıblar.
525.az xəbər verir ki, ölkənin aparıcı təhsil birliklərinin çağırışı ilə paytaxt Parisdə və bir çox şəhərlərdə müəllimlər tətilə başlayıb.
Həmkarlar ittifaqları 2023-cü ilin dekabr ayından maaşların və iş şəraitinin yaxşılaşdırılmasını tələb edərkən, Təhsil Naziri Amelie Oudea-Kasteranın dövlət məktəbləri ilə bağlı tənqidi açıqlamaları müəllimlərin reaksiyasına səbəb olub.
Qeyd edək ki, Fransada 4 təhsil həmkarlar ittifaqı tərəfindən 2023-cü ilin dekabrında əmək haqqı və iş şəraitinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilməyə başlanmışdı.
Məhəmməd Tağıyev
çap et