Belçika Baş nazirinin müavini Petra De Sutter ölkəsinin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə dəstəyini davam etdirəcəyini açıqlayıb.
525.az xəbər verir ki, Petra De Sutter "X" sosial media hesabındakı paylaşımında ölkəsinin UNRWA-ya maliyyə dəstəyinin davam edəcəyini bildirərək: "UNRWA Qəzzada təcili və mühüm humanitar yardımın təmin edilməsində əvəzsiz rol oynayır", - deyib.
Belçikanın BMT-nin apardığı təhqiqatı yaxından təqib edəcəyini bildirən De Sutter, UNRWA-dan tam şəffaflığın təmin edilməsinin istəniləcəyini də bildirib.

Məhəmməd Tağıyev
çap et