Keniyada qaz doldurma məntəqəsimdə partlayış baş verib. 2 nəfərin ölümü ilə nəticələnən partlayışda ən azı 165 nəfər yaralanıb.
525.az xəbər verir ki, hadisə Keniyanın paytaxtı Nayrobidə baş verib. Belə ki, gecə saatlarında qaz doldurma məntəqəsində güclü partlayış olub.
Partlayışla məntəqədə böyük yanğın baş verib. Səlahiyyətlilər hadisə nəticəsində 2 nəfərin öldüyünü açıqlayıb.
İlkin məlumata görə, 165 nəfərin yaralandığı, ölən və yaralananların sayının artacağından narahatlığın olduğu bildirilib.

Məhəmməd Tağıyev
çap et