525.Az

Rusiya: ABŞ törətdiyi cinayətlərə görə cavab verməlidir


 

Rusiya: ABŞ törətdiyi cinayətlərə görə cavab verməlidir<b style="color:red"></b>

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-nin bir çox ölkə və insanlara qarşı “dəhşətli cinayətlər” törətdiyini bildirib və “Vaşinqton törətdiyi cinayətlərə görə cavab verməlidir” deyib.

525.az xarici KİV-ə əsasən xəbər verir ki, Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında cari məsələlərlə bağlı açıqlamalar verib.

AA müxbirinin İordaniya-Suriya sərhədində amerikalı əsgərlərin öldürülməsi ilə bağlı sualını cavablandıran Zaxarova, ABŞ Prezidenti Co Baydenin bu hücuma cavab verəcəkləri barədə açıqlama verdiyinə diqqət çəkib və bu ifadələrdən istifadə edib:

"Vaşinqton törətdiyi cinayətlərə görə xalq qarşısında cavab verməlidir. Nədənsə Bayden bir çox ölkələrə qarşı dəhşətli cinayətləri və qanunsuz hərəkətlərinə görə qanun qarşısında cavab vermir. Vaşinqtonun törətdiyi cinayətlərə görə cavab verməsinin vaxtı çatıb".

Malik Atilay

 





02.02.2024    çap et  çap et