Niderlandın müxtəlif şəhərlərindəki bir çox qatar stansiyasında Fələstinə dəstək üçün oturaq aksiya keçirilib.
525.az xəbər verir ki, başda Amsterdam, Rotterdam, Haaqa və Utrext olmaqla ölkənin 14 fərqli şəhərində 15 qatar stansiyasında toplaşan nümayişçilər Fələstin bayraqları ilə atəşkəs çağırışı ediblər.
Amsterdamın mərkəzi qatar stansiyasının qarşısında toplaşan və böyük bir Fələstin bayrağının ətrafında düzülən qrup "Qəzza ağlama, Fələstin heç vaxt ölməyəcək", "Niderland utan, əllərin qanlıdır" kimi şüarlar səsləndirib.
Məhəmməd Tağıyev
çap et