ABŞ-nin Florida ştatında tək mühərrikli təyyarənin parka çırpıldığı bildirilib.
525.az xəbər verir ki, Federal Aviasiya İdarəsindən verilən açıqlamada dünən yerli vaxtla saat 19:00 radələrində "Beechcraft Bonanza V35" tipli tək mühərrikli təyyarənin Kliruoterdə treyler ev parkına çırpıldığı bildirilib.
Açıqlamada pilotun daha əvvəl nasazlıq bildirdiyi təyyarənin qəzaya uğrayarkən bir evə çırpıldığı, baş verən yanğında ən azı 3 evin zərər gördüyü vurğulanıb.
Qeyd edək ki, qəzada yaralanan və ölənlərin olduğu, ölənlərin dəqiq sayının hələlik məlum olmadığı bildirilib.
Məhəmməd Tağıyev
çap et