525.Az

Qarabağ dastanı


 

Qarabağ dastanı<b style="color:red"></b>

Zakir ATASEVƏR

 

Əslən Qafqaz türkü olan şair Zakir Atasevər 1958-ci ildə Kesret şəhərində dünyaya gəlib. İxtisasca inşaat mühəndisidir, Türkiyədə bir sıra böyük layihələrə imza atıb. Həyat yoldaşı Məlahət Atasevər Azərbaycanda doğulub, həkimdir. Zakir Atasevərin 3 övladından biri - Cahangir Atasevər bu ilin aprel ayında kosmosa uçacaq. O özü ilə kosmosa Türkiyə və Azərbaycan bayraqlarılnı aparacağını deyir.

Z.Atasevər bir neçə şeirlər kitabının müəllifidir. Onun şeirlərində Azərbaycana böyük sevgi yer alır. Həmin şeirlərdən bir neçəsini təqdim edirik.

 

Qarabağ dastanı

 

Çox öncədən başladı, gizli, xain siyasət,

Türkə tələ qurmaqdır, fikirləri, nəhayət.

Erməninin mayası, fitrətidir xəyanət,

Şər güclərin qurduğu bu oyun pozulacaq,

Qarabağ qurtulmasa, ordular durmayacaq!

 

Azərbaycan bir qartal, Qarabağ qanadıdır,

Bu qartalın qanadı qırıqdır, yaralıdır.

Bu yarayla yaşanmaz, daha sağalmalıdır,

Qeyrət, əzm, qərarla bu yara sarılacaq,

Qarabağ qurtulmadan, ordular durmayacaq.

 

Qarabağın işğalı ürəkləri dağladı,

Milyonlarca köçkünü gecə-gündüz ağladı.

Ümidini sarsılmaz inancına bağladı,

Yas tutan analar da sevincdən ağlayacaq,

Qarabağ qurtulmadan, ordular durmayacaq!

 

Ta əzəldən bəllidir erməninin xisləti,

Başqa yol aramayın, qurtarın bu zilləti.

ATƏT, Minsk üçlüyü, şərdir onun xisləti,

Siyasətlə bu işin çözümü olmayacaq,

Qarabağ qurtulmasa, ordular durmayacaq!

 

Moskvayla danışıb, bizə tələ qurdular,

Xocalını odlayıb, yer üzündən sildilər,

Otuz ilə yaxındır, yalan vədlər verdilər,

Minskin sözlərinə heç kim inanmayacaq,

Qarabağ qurtulmadan, ordular durmayacaq!

 

Azğın düşmən Gəncəyə bomba, raketlər atır,

Ədalətdən xəbərsiz beynəlxalq aləm susur,

Azərbaycan Ordusu bu günlər dastan yazır,

Qarabağ ellərində yenə toy çalınacaq,

Qarabağ qurtulmadan, ordular durmayacaq!

 

Dünya, bu oyunların üstünə pərdə çəkmə,

Erməninin əkdiyi rəzaləti becərmə,

Öldürüb qocamızı, körpəmizi beşikdə,

Bu qudurmuş köpəklər hələ çox hürəcəklər,

Qarabağ qurtulmadan, ordular durmayacaq.

 

Haqq yolunda savaşan qəhrəman türk əsgəri,

Düşməni qovmaq üçün  addımlayır irəli,

Sənə dualar edir Allahın Peyğəmbəri,

Susmuş minarələrdən əzanlar oxunacaq,

Qarabağ qurtulmadan, ordular durmayacaq!

 

Müzəffər eylə, Ya Rəbb qəhrəman əsgərimi,

Sən mühafizə eylə, subayımı, ərimi,

Göstərmə düşmanıma şəhidimin yerini.

Əziz şəhidlərimin ruhları şad olacaq,

Qarabağ qurtulmadan, ordular durmayacaq!

 

Azadlığın məşəli yanacaq sönməyəcək,

Azərbaycan əsgəri bu yoldan dönməyəcək,

Bir kəs ucalan bayraq, bir daha enməyəcək,

O üç rəngli gözəlim şəstlə dalğalanacaq,

Qarabağ qurtulmadan, ordular durmayacaq!

 

Böyük Turan sevdası idrakla dolunca,

Qızıl alma uğrunda ürəyimiz vurunca,

Vətənimi qoruyan igidlər doğulunca,

İstiqlalın ulduzu əbədi parlayacaq,

Qarabağ qurtulmadan, ordular durmayacaq!

 

Zakir deyər Qarabağ - Azərbaycan deməkdir!

Türk Birliyi yolunda müqəddəs bir əməkdir.

"Vətən" demək torpağı candan ötə sevməkdir,

Xankəndiyə bu günlər al bayraq sancılacaq,

Qarabağ qurtulmadan, ordular durmayacaq.

22 oktyabr, 2020

 

Qara bəxtin bəyaz olsun, Qarabağ!

 

Ta əzəldən türkün əsl yurdudur

Adı Qara, bəxti qara Qarabağ.

Azadlığa aşiq bir boz qurdumdur,

Adı Qara, bəxti qara Qarabağ!

 

Xanlıqların qədim yurdu oradır,

Azərbaycan bağrındakı yaradır.

Əsalətin əsl rəngin qaradır,

Adı qara, bəxti qara Qarabağ!

 

Sərin suyun indi küskün çağlayır,

Dağ çiçəyin boynun büküb ağlayır,

Bu dərdlərin ürəyimi dağlayır,

Adı Qara, bəxti qara Qarabağ!

 

Gözəllərin Azərbaycan maralı,

Gözlərinə sürmə çəkər qaralı,

Dağlarında ceyran gəzər yaralı,

Adı Qara, bəxti qara Qarabağ!

 

Ağbulağın dərələrdə çağlardı,

Xain düşmən yollarımı bağladı,

Odlar yurdu bu taleyə ağladı,

Adı Qara, bəxti qara Qarabağ.

 

Taleyini dəyişdirmək borc olsun,

Düşmənini etməyim görk olsun.

Yetər artıq, qara bəxtin ağarsın,

Adı Qara, bəxti Qarabağ.

 

Zakir deyər, bir arzum var yetməli,

Dağlarında bozqurdların gəzməli,

Düşmənləri məğlub edib, əzməli

Qara bəxtin bəyaz olsun, Qarabağ!

10 fevral, 2020.

 

Azərbaycan dilinə Aida Eyvazlı Göytürk uyğunlaşdırıb.

 





02.02.2024    çap et  çap et