525.Az

ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı Qarabağda da "exit-poll" keçirəcək


 

ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı Qarabağda da "exit-poll" keçirəcək<b style="color:red"></b>

“Bu gün burada olmaq böyük sevincdir”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu növbədənkənar prezident seçkilərində “exit-poll” keçirəcək ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatının tərəfdaşı Vlada Qalan Şuşada keçirilən mətbuat konfransında deyib.

O, artıq Azərbaycanda beşinci seçkilərdə iştirak etdiklərini diqqətə çatdırıb: “Hazırda Azərbaycanda beş nəfərdən ibarət təcrübəli işçilərimiz var, onlar Azərbaycandan olan əməkdaşları da təlimatlandırıblar. Azərbaycanda seçki öncəsi sorğu aparmışıq. Bu da ümumi seçici sayının təxminən iki faizi deməkdir. Biz “exit-poll”u bütün ölkədə keçirəcəyik, bura Qarabağ regionu da daxildir”.

 





02.02.2024    çap et  çap et