ABŞ Prezidenti Co Bayden İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıq edən yəhudi işğalçılarına qarşı sanksiya tətbiq edən prezident fərmanı imzalayıb.
525.az xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden İordan çayının qərb sahilində təhlükəsizliyi pozanlara qarşı hazırlanan prezident fərmanını imzalayıb.
Fərmanla İordan çayının qərb sahilində son vaxtlar fələstinlilərə qarşı zorakılıq edən ekstremist yəhudi işğalçıları ABŞ administrasiyasının sanksiyalarına məruz qalacaq.
Qeyd edək ki, məsələ ilə bağlı arxa plan iclası keçirən Ağ Ev rəsmisi, sözügedən fərman çərçivəsində adı çəkilməyən 4 nəfərin artıq sanksiya siyahısına daxil edildiyini bildirib.
Məhəmməd Tağıyev
çap et