525.Az

28 ölkədə Mossadla əlaqəsi olan onlarla cəsusu ifşa etmişik - İran


 

28 ölkədə Mossadla əlaqəsi olan onlarla cəsusu ifşa etmişik - <b style="color:red">İran</b>

İran Kəşfiyyat Nazirliyinin açıqlamasına görə, Asiya, Afrika və Avropanın ümumilikdə 28 ölkəsində İsrailin xarici kəşfiyyat təşkilatı Mossad-a bağlı onlarla cəsus aşkarlanıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, İran 28 ölkədə İsraillə əlaqəli fəaliyyət göstərən onlarla “cəsus və terrorçu”nun aşkarlandığını iddia edib.

Ölkənin müxtəlif bölgələrində, xüsusən də paytaxt Tehranda Mossad-la əlaqəsi olduğu iddia edilən şəxslərin saxlanılaraq mühakimə olunduğu bildirilib.

Malik Atilay

 





02.02.2024    çap et  çap et