525.Az

Husilər: ABŞ və Britaniya Hudeyda şəhərini hədəfə alıb


 

Husilər: ABŞ və Britaniya Hudeyda şəhərini hədəfə alıb<b style="color:red"></b>

Yəməndəki husilər ABŞ və Britaniya qüvvələrinin ölkənin qərbindəki Hudeyda sahil şəhərinə hava zərbələri endirdiyini bildiriblər.

525.az xarici mediaya istinadən xəbər verir ki, husilərə məxsus “Əl-Masirah” telekanalının xəbərinə görə, ABŞ və Britaniya qüvvələri Hudeydanın Əl-Cubbanə bölgəsinə çoxlu hava zərbələri endirib.

Hudeydanın şimalında, Cubbanə bölgəsində husilərə aid hava hücumundan müdafiə kompleksi var.

Husilərə bağlı olan Hudeydə valisi Məhəmməd Kahim "X" hesabında verdiyi açıqlamada: "sözügedən bombardmanların işğal edilmiş Fələstin xalqına dəstək verməyə münasibətini dəyişməyəcək", - deyib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bu səhər verdiyi açıqlamada, Yəməndə İranın dəstəklədiyi husilərin gəmi əleyhinə ballistik raket və İran istehsalı olan 3 pilotsuz uçuş aparatı (PUA) ilə Ədən körfəzinə hücum etdiyi bildirib.

Malik Atilay

 





02.02.2024    çap et  çap et