525.Az

Şəhidlər


 

Şəhidlər<b style="color:red"></b>

Rəşid KƏRİMOV

 

Şəhidlər

 

Azadlıq uğrunda, torpaq uğrunda,

Can qoyub, qan töküb, köçdü şəhidlər.

Qeyrətlə, qüdrətlə Vətən yolunda

Torpağın qalxanı oldu şəhidlər.

 

Çağladı o gündən Kürün-Arazın,

Xəzər ləpələri tufana döndü.

Boranlı qış oldu baharım, yazım,

Dünyanın elə bil çırağı söndü.

 

Bayrağı boyayıb öz qanlarıyla,

Dəniz zirehlərə sinə gərdilər.

Vətənin yolunda öz canlarıyla

Vətən sərhədinə çəpər çəkdilər.

 

Siz ey ana yurdun mərd qurbanları,

Tarixin ən cavan qəhrəmanları,

Sizi unutmayır bu torpaq, bu el,

Dağlardan, çaylardan axan qanlı sel.

 

Dualar göndərir şad ruhunuza,

Vətər alqış deyir hər uğurunuza.

Tanrı bağışlamaz unutqanlığı,

"Biz sizdən öyrəndik qəhrəmanlığı".

 

 

 





02.02.2024    çap et  çap et