525.Az

HƏMAS Rusiyadan İsraillə əsir mübadiləsində qarant olmasını istəyib


 

HƏMAS Rusiyadan İsraillə əsir mübadiləsində qarant olmasını istəyib<b style="color:red"></b>

Fələstinin radikal HƏMAS hərəkatı Rusiyadan İsraillə əsir mübadiləsində qarant olmasını istəyib. 

525.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə hərəkatın Siyasi Bürosunun üzvü Bassem Naim bildirib.

“Biz təkliflərimizi irəli sürərkən, Rusiyadan mübadilənin həyata keçirilməsində qarant kimi çıxış etməsini istədik”, - HƏMAS sözçüsü deyib.

Naimin sözlərinə görə, Qətər, Misir və BMT-nin də digər qarant kimi çıxış etməsi HƏMAS üçün vacibdir.

O, həmçinin qeyd edib ki, Qəzza ilə bağlı istənilən razılaşma atəşkəsə, İsrail qoşunlarının çıxarılmasına, həmçinin sərhədlərin açılmasına və anklava ərzaq idxalına səbəb olmalıdır.

Qeyd edək ki, bundan əvvəl İsrailin Moskvadakı səfiri Simone Halperin bildirib ki, Rusiya israilli girovların azad edilməsinə şərait yarada bilər. Onun sözlərinə görə, Moskvanın HƏMAS-la danışıqlar aparmaq və bu tapşırığı uğurla yerinə yetirmək üçün səy göstərmək gücü var.

Havar Şəfiyeva

 





02.02.2024    çap et  çap et