525.Az

Quam sahilində güclü zəlzələ


 

Quam sahilində güclü <b style="color:red">zəlzələ</b>

Okeaniyada yerləşən Quam adasının yaxınlığında 5,4 maqnitudalı zəlzələ olub.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidmətindən bildirilib.

Təbiət fəlakətinin ocağı adanın Merizo kəndindən 150 km aralıda yerləşib. Bakı vaxtı ilə 13:50-də qeydə alınmış yeraltı təkanların dərinliyi 52,9 km olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib, habelə sunami təhlükəsi hələlik elan olunmayıb.

 





04.02.2024    çap et  çap et