525.Az

Britaniya ordusu kadr çatışmazlığı səbəbindən genişmiqyaslı müharibəyə hazır deyil


 

Britaniya ordusu kadr çatışmazlığı səbəbindən genişmiqyaslı müharibəyə hazır deyil<b style="color:red"></b>

Böyük Britaniya ordusu kadr çatışmazlığı və qoşunların saxlanılmasında çətinliklər səbəbindən genişmiqyaslı və uzunmüddətli müharibəyə hazır deyil.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti yanında Müdafiə Komitəsinin hesabatında deyilir.

"Hökumət hərbi sənaye bazasını islahatları sürətləndirmədən saxlaya və yüksəkintensivlikli döyüş hazırlığının istənilən səviyyəsinə nail ola bilməyəcək”, - hesabatda bildirilir.

Bundan əlavə, hesabat müəllifləri uzunmüddətli müharibəyə hazırlığın lazımi səviyyədə aparılmadığı qənaətinə gəliblər.

"Belə olan təqdirdə silahlı qüvvələri daha çox insanın tərk etməsi təəccüblü deyil", - hesabat müəllifləri deyir.

 





04.02.2024    çap et  çap et