525.Az

Bakıda dava olub - bıçaqlananlar var


 

Bakıda dava olub - <b style="color:red"> bıçaqlananlar var</b>

Bakının Nizami rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

525.az xəbər verir ki, hadisə Bəhruz Nuriyev küçəsində olub. Bir qrup şəxslə mübahisə edən 1987-ci il təvəllüdlü Ələkbərov Murad Mehdi oğlu və 1975-ci il təvəllüdlü Xəlilov Vüqar Məsim oğlu bıçaq xəsarətləri alıblar. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırır (APA).

 





05.02.2024    çap et  çap et